Siyasət

  • 850

3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsinə daxil olan məntəqələr seçkiyə hazırdır

image

3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə daimi fəaliyyət göstərən 60 seçki məntəqəsi var. Seçki Dairəsi üzrə qeydiyyatda olan seçicilər sentyabrın 1-də bu məntəqələrdə səs verəcəklər. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Komissiyasının (DSK) sədri Taməddin Hüseynov deyib.DSK sədri əlavə edib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlərə start verilib: “Məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri bu terninqlərə cəlb olunub. Onlara seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilir”.O əlavə edib ki, seçki dairəsinə namizədliyin qeydə alınması üçün 10 nəfər müraciət edib: “Müraciət edən şəxslərdən ikisi seçki ilə bağlı müvafiq sənədləri və imza vərəqələrini təqdim etmədiyi üçün imtina cavabı alıb. Səkkiz nəfərin isə namizədliyi qeydə alınıb”.

Digər xəbərlər