Siyasət

  • 906

Azərbaycanda keçiriləcək parlament seçkilərinin strateji önəmi var - Aygün Attar

image

“Azərbaycan bu il bir dəfə növbədənkənar seçkilər keçirib, hazırda ikincisinə hazırlaşıb. Prezident seçkiləri ilə parlament seçkilərinin növbədənkənar keçirilməsinin səbəbi bir-birini tamamlayır”. SİA xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, azərbaycanlı professor Aygün Attar deyib.“Vətən müharibəsindən sonra Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu dövrdə Azərbaycanın qarşısında yeni strategiyalar, iqtisadi inkişaf üçün addımlar, yerini dünyada gücləndirmək üçün işlər durur. Məlumdur ki, parlamentlər ölkədə qanunvericilik orqanlarıdır, toplaqlarımız işğaldan azad olunduqdan sonra Milli Məclisin yenidən formalaşdırılmasına ehtiyac var idi. Çünki Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib”.A.Attar əlavə edib ki, indiki dövrdə Azərbaycanda parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətli və strateji bir qərardır.“Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanın da həm qısa müddətdə, həm də uzun müddətdə həyata keçirdiyi çoxvektorlu xarici siyasəti üçün daha dinamik, daha canlı və dövrün reallığına uyğunlaşmış parlamenti olmalıdır. Əminəm ki, Azərbaycanın dövlətçiliyinin əsasını təşkil edən milli strategiyanın tənzimlənməsində yeni tərkibdə parlament böyük rol oynayacaq”, – deyə Aygün Attar əlavə edib.

Digər xəbərlər