Siyasət

  • 781

Sahil Kərimli: “Yeni dövrdə parlamentin üzərinə də bir çox vəzifələr düşəcək”

image

“Əminliklə demək olar ki, sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri şəffaf, ədalətli keçiriləcək və Azərbaycanın seçki təcrübəsini bir daha nümayiş etdirəcək. Bununla yanaşı, parlament seçkilərinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, proses işğaldan azad olunmuş ərazilərimizi də əhatə edəcək”. Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Bakı Şəbəkəsi” (“Baku Network”) Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri Sahil Kərimli deyib.O xatırladıb ki, 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında antiterror tədbirləri ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib: “İşğaldan azad edilmiş ərazilərə köçmüş insanlarımız da ilk dəfə olaraq parlament seçkilərində öz doğma yurdlarında səs verəcəklər. Yeni dövrdə parlament üzvlərinin üzərinə də bir çox vəzifələr düşəcək. Hesab edirəm ki, yeni seçiləcək deputatlar ölkəmizin, bölgələrimizin inkişafı istiqamətində xidmət edəcəklər. Eyni zamanda, bu parlament seçkilərini yüksək səviyyədə təşkil etməklə yenə də Azərbaycanın ədalətli və şəffaf seçkilərin keçirilməsi istiqamətində növbəti uğurunun şahidi olacağıq”.

Digər xəbərlər