Siyasət

  • 645

31 saylı Suraxanı seçki dairəsinin dairə seçki komissiyasında treninqlər keçirilib

image

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar avqustun 14-də 31 saylı Suraxanı seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər təşkil edilib. “Seçki 2024”Müstəqil Media Mərkəzi xəbər verir ki, treninqdə çıxış edən dairə seçki komissiyasının sədri İlham Bayramov Milli Məclisə seçkilərdə şəffaflığın və aşkarlığın təmin olunması üçün məntəqə seçki komissiyalarında zəruri şəraitin yaradıldığını və məntəqələrin zəruri avadanlıqlarla təchiz olunduğunu söyləyib.O deyib ki, təlimlərin keçirilməsində məqsəd seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır. MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə tədbir iştirakçılarına səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və s. ilə bağlı ətraflı məlumat təqdim olunub.V.Bayramov seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını deyib. Bildirib ki, sağlamlıq imkanları məhdud seçicilər üçün 14 məntəqədə panduslar quraşdırılıb.

Digər xəbərlər