Siyasət

  • 949

Audiovizual Şurada ATƏT-in DTİHB-nun Seçki Müşahidə Missiyasının media analitiki ilə görüş keçirilib

image

14 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilib. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov qonağa Şuranın fəaliyyəti, "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, lisenziyalaşdırma, televiziya və radio kanallarının monitorinqi barədə geniş məlumat verib.Görüş zamanı 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlərlə bağlı qonağı maraqlandıran suallara cavab verilib və digər məsələlərə dair müzakirələr aparılıb.

Digər xəbərlər