Siyasət

  • 899

12 saylı Xəzər birinci seçki dairəsi üzrə 226 nəfər ilk dəfə səs verəcək

image

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 14-də 12 saylı Xəzər birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. Avqustun 15-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, treninqlərdə 37 məntəqədən 150-yə yaxın şəxsin iştirakı nəzərdə tutulub. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak etmiş İlham Qəmbərov aparır.MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və digər məsələlər ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.Qeyd edək ki, treninqlər 13 saylı Xəzər ikinci və 14 saylı Xəzər-Pirallahı seçki dairələrində də təşkil olunur.Dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə səsvermənin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildirib. O deyib ki, məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, parlament seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin yeddisində veb-kamera quraşdırılıb. Məntəqələrdə sağlamlıq imkanları məhdud seçicilər üçün panduslar quraşdırılıb.“Hazırda dairədəki seçki məntəqələrinin sayı 37, seçicilərin sayı isə 48 mindən çoxdur. Dairə üzrə seçicilərin 226 nəfəri ilk dəfə səs verəcək”, - deyə M. Balaqardaşov qeyd edib.

Digər xəbərlər