Siyasət

  • 894

Professor: “Milli Məclisə seçkilər Azərbaycanda baş verən mühüm yeniliklərin davamıdır”

image

“Bu seçkilərdən gözləntilərim nikbindir. 44 günlük müharibədən, 30 illik işğalın bitməsindən sonra ölkəmizdə mühüm dəyişikliklər baş verir. Cəmiyyətin bütün sahələrində yeniliklər görünür. Ölkəmizə qarşı beynəlxalq maraq da çox artıb. COP29-un Bakıda keçirilməsi dediklərimizi təsdiq edir. Növbədənkənar parlament seçkilərinin COP29 kimi mötəbər beynəlxalq tədbir ərəfəsində keçirilməsi, şübhəsiz ki, ölkəmizin bütün məsələləri layiqincə həll etmək bacarığında olmasından xəbər verir".Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında aqrar elmlər doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Həsənov söyləyib. O deyib ki, Milli Məclisə seçkilər Azərbaycanda baş verən mühüm yeniliklərin davamıdır.“Ziyalı insan kimi əsas arzum odur ki, bu seçkilər ən yüksək təşkilatçılıqla, demokratik şəraitdə keçirilsin. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan xalqı müdrik xalqdır və mənim ürəkdən inanıram ki, insanlarımız düzgün seçim edəcək, Milli Məclisdə ən layiqli deputatlar təmsil olunacaq”, - deyə Zaur Həsənov fikrini yekunlaşdırıb.

Digər xəbərlər