Siyasət

  • 823

85 saylı Füzuli-Ağcabədi DSK-nın sədri: Seçicilərin seçki prosesinə marağı hiss olunur

image

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsi üzrə 61 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqələrinin 33-ü Füzuli rayonunu əhatə etsə də, həmin məntəqələrin 6-sı Sumqayıt, 26-ı Bakı şəhərlərində, 1-i isə Ağcabədi rayonu ərazisində yerləşir. 28 seçki məntəqəsi isə inzibati ərazi üzrə Ağcabədi rayonundadır. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 85 saylı Füzuli-Ağcabədi Dairə Seçki Komissiyasının (DSK) sədri İbrahim Həsənov deyib. O bildirib ki, DSK üzvləri üçün mərhələli şəkildə treninqlər təşkil olunub. “Məntəqə seçki komissiyalarının üzvləri də treninqlərdə iştirak edir. Seçki məntəqələrinin təchizatı ən yüksək səviyyədədir. Səsvermə prosesi ilə bağlı maarifləndirici materiallar artıq qanunvericiliklə müəyyən olunan yerlərə vurulur. Seçicilərin seçki prosesinə marağı hiss olunur”, - deyə İ.Həsənov əlavə edib.

Digər xəbərlər