Siyasət

  • 371

Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir - ŞƏRH

image

Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstana səfəri və Astanada keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının sammitində iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Orta Asiya ölkələrində keçirilən sammitlərə Azərbaycan Prezidentinin fəxri qonaq qismində dəvət olunması ənənə halını alıb və bu, ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən xəbər verir.

Azərbaycan bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Görüşdə dövlət başçısı İlham Əliyev bildirdi ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər Azərbaycanla əməkdaşlığa can atır və onların arasında Mərkəzi Asiya dövlətləri önəmli yer tutur.

Son iki il ərzində Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu münasibətlərin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirir.Dövlət başçılarının görüşündə qardaşlıq münasibətlərinin daim inkişaf etməsindən danışan Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Burada sevindrici məqam odur ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Bununla region dövlərləri beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə davamlı sadiqliyini nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyev bildirib ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir: “Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.

Ümumi səylər sayəsində regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi gücləndirlməlidir. Son illər ərzində keçirilən bu kimi məşvərətçi görüşlər regionun beynəlxalq subyektivliyini və birliyini nümayiş etdirən səmərəli platformaya çevrilib. Bu, həm də müasir dövrün çağırışlarına Asiya dövlətlərinin birgə cavab verməyə hazır olduğu göstərir. Bütün bunlar unikal sivilizasiyalar üçün cazibə mərkəzi olan, qlobal tərəqqidə böyük rol oynayır.

Rustam Hüseynov,

Gədəbəy “32 Nömrəli Yol İstismarı” MMC – Ərazi partiya təşkilatının sədri

Digər xəbərlər