Siyasət

  • 354

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır - ŞƏRH

image

Prezident İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakı Azərbaycanın bölgə ilə olan əlaqələrinin güclənməsinin əhəmiyyətli bir nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri böyük əhəmiyyətə malikdir Azərbaycanla Mərkəzi Asiya regionu ölkələri arasında iqtisadi və energetika əməkdaşlığının, o cümlədən Orta Dəhllizin imkanlarının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə bərpaolunan enerji mənbələrindən geniş istifadənin tətbiqinə əsaslanan davamlı inkişafa xüsusi diqqət olunur.

Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artmış, ölkəmizlə əməkdaşlıq qurmaq istəyən dövlətlərin sayı getdikcə çoxalmışdır. Onların arasında Mərkəzi Asiya dövlətləri vacib yer tutur. Son illər Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, keçirdiyi görüşlər, o cümlədən qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə respublikamız və Mərkəzi Asiya ölkələri üçün deyil, bütövlükdə, Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə hərbi, iqtisadi, enerji və rəqəmsal sahələrdəki əməkdaşlığımızın perspektivləri xüsusi əhəmiyyət daşıyır. Müdafiə sahəsində, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil alması və birgə hərbi təlimlərin keçirilməsi əməkdaşlığın dərinliyini göstərir.

2024-cü ilin may ayında enerji sahəsində imzalanmış "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" yaşıl enerji sahəsində əlaqələrin inkişafının ilk addımı kimi dəyərləndirilir. Dövlətimizin başçısı həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağın bərpasına dəstək verən Mərkəzi Asiya ölkələrinin qardaşlıq münasibətlərinin təzahürü olduğunu qeyd edir.Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən böyük hörmət və ehtiramı yüksək qiymətləndirən cənab Prezident Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışının Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidi olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Bu əməkdaşlıq, regionda sabitlik və inkişafın təmin edilməsi baxımından vacib rol oynayır. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlıq da Orta Dəhlizin önəmini artırır və regional iqtisadi inteqrasiyanın gücləndirilməsinə xidmət edir.Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələr, tarixi, iqtisadi, siyasi və mədəni aspektlərdə çoxşaxəli bir struktura malikdir. Bu əlaqələr, hər iki bölgənin inkişafını dəstəkləmək və qarşılıqlı maraqları təmin etmək məqsədini daşıyır. İki bölgə arasında mövcud olan bu əlaqələr, həm regional, həm də qlobal səviyyədə əhəmiyyət kəsb edir və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Azərbaycan ilə Qazaxıstan arasında mədəni əməkdaşlıq Prezident İlham Əliyevin Qazaxıstan səfərinin mərkəzi mövzusunu təşkil edib. Hadisələrin bu cür inkişafı qanunauyğundur belə ki, Azərbaycan və Qazaxıstan xalqları tarixən yaxın olub və humanitar sahədə əməkdaşlıq xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yeni imkanlar açacaq. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etməsi əlaqələrin nə dərəcədə inkişaf etdiyini göstərir. Bu baxımdan, BMT-nin SPECA proqramı çərçivəsində aparılan fəaliyyətlər, regiondakı ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. COP29 iqlim konfransına Azərbaycanın ev sahibliyi etməsi isə beynəlxalq səviyyədə ölkəmizin ekoloji təşəbbüslərə verdiyi dəstəyi nümayiş etdirir.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər