Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. “Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq