73 saylı Masallı-Cəlilabad Seçki Dairəsində 47 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki dairəsi üzrə qeydiyyatda olan seçicilər sentyabrın 1-də bu məntəqələrdə səs verəcəklər. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 73 saylı Masallı-Cəlilabad Dairə Seçki Komissiyasının sədri İlkin Hüseynov deyib. DSK sədri bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər təşkil olunur.İlkin Hüseynov qeyd edib ki, bu günə kimi DSK-ya müraciət edən 15 nəfərdən onunun namizədliyi qeydə alınıb.DSk sədri bildirib ki, seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır: “Seçki dairəsinin hüdudları daxilindəki məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib və elektrik generatorları işlək vəziyyətdədir.Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 50 min 858 seçici qeydə alınıb. Qeydə alınan ən yaşlı seçicinin 100 yaşı var, ilk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 774 nəfərdir”.