PDF Oxu

Siyasət

  • 1 740

İctimai Birlik sədrinin müavini: “Seçkilər iqtisadiyyata da müsbət təsir edəcək”

İctimai Birlik sədrinin müavini: “Seçkilər iqtisadiyyata da müsbət təsir edəcək”

“Sentyabrın 1-də Azərbaycan tarixində daha bir ilk yaşanacaq. Milli Məclisə keçiriləcək seçkilər ilk dəfə olaraq işğaldan azad olunmuş əraziləri də əhatə edəcək. Bu mühüm hadisə hər birimizi qürurlandırır”. Bunu Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov deyib.O, seçkilərin nəticələrinin ictimai-siyasi proseslərlə yanaşı iqtisadiyyata da müsbət təsir edəcəyinə əmin olduğunu söyləyib: “44 günlük müharibə zamanı Azərbaycanın döyüş meydanında qazandığı Zəfər siyasi müstəvidə də öz təsdiqini tapdı və bununla da tarixi ədaləti bərpa etdik. İndi isə müstəqil Azərbaycan tarixdə ilk dəfə Milli Məclis seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Hazırda Qarabağın bərpası ilə əlaqədar ciddi işlər görülməkdədir. Yeni formalaşacaq Milli Məclisin iqtisadiyyatla, o cümlədən, qiymətli metallar və daşlarla bağlı qanun layihələrini daha da təkmilləşdirəcəyini gözləyirik”.

Digər xəbərlər