PDF Oxu

Siyasət

  • 2 735

Neftçalanın Qırmızıkənd kəndində ilk dəfə seçki məntəqəsi fəaliyyət göstərəcək

Neftçalanın Qırmızıkənd kəndində ilk dəfə seçki məntəqəsi fəaliyyət göstərəcək

70 saylı Neftçala Seçki Dairəsi 49 seçki məntəqəsindən ibarətdir. Həmin seçki məntəqələrindən biri ilk dəfə Qırmızıkənd ərazisində fəaliyyət göstərəcək.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 70 saylı Neftçala Dairə Seçki Komissiyasının (DSK) sədri Ülvi Nəhmədzadə deyib. DSK sədri bildirib ki, MSK-nın təsdiqlədiyi Təqvim Planına uyğun olaraq məntəqə sədrləri və üzvləri treninqlərə cəlb olunurlar.Ülvi Nəhmədzadə qeyd edib ki, bu günə kimi DSK-ya müraciət edən 15 nəfərdən onunun namizədliyi qeydə alınıb.Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 51 min 807 seçici səs verəcək.

Digər xəbərlər