72 saylı Cəlilabad kənd Seçki Dairəsinin inzibati ərazi vahidi üzrə 45 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçki Dairəsi üzrə 47 min 755 seçicinin səsvermə hüququna malikdir. Bunu“Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 72 saylı Cəlilabad kənd Dairə Seçki Komissiyasının (DSK) sədri Mehman Rzayev deyib. DSK sədri bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər keçirilir:“Məntəqə sədrləri və üzvləri treninqlərdə iştirak edərək seçkiqabağı təşviqatın aparılması qaydaları, bildirişlərin seçicilərə çatdırılması, əyani vasitələrdən istifadə, səsvermə prosesi, protokolların doldurulması və təqdim olunması, digər məsələlər barəsində maarifləndirilirlər”.Mehman Rzayev qeyd edib ki, DSK-ya müraciət edən 8 nəfərdən yeddisinin namizədliyi qeydə alınıb: “Bir şəxs isə namizdəliyini geri götürüb”.DSK sədri qeyd edib ki, seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır: “Seçki dairəsinin hüdudları daxilində olan məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib”.Dairə üzrə qeydə alınan ən yaşlı seçicinin 100 yaşı var, ilk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 569 nəfərdir.