PDF Oxu

Siyasət

  • 2 554

79 saylı Astara Seçki Dairəsində 573 gənc ilk dəfə səs verəcək

79 saylı Astara Seçki Dairəsində 573 gənc ilk dəfə səs verəcək

79 saylı Astara Seçki Dairəsi üzrə 50 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki dairəsi üzrə qeydiyyatda olan seçicilər sentyabrın 1-də Milli Məclisə seçkilərdə bu məntəqələrdə səs verəcəklər.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 79 saylı Astara Dairə Seçki Komissiyasının (DSK) sədri Hikmət Əkbərov deyib. DSK sədri bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün tərəfindən maarifləndirici treninqlər keçirilir.Hikmət Əkbərov qeyd edib ki, seçki dairəsinə müraciət edən 10 nəfərdən altısının namizədliyi qeydə alınıb. O həmçinin qeyd edib ki, beynəlxalq müşahidəçilər seçki dairəsində görüş keçiriblər. “Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 48 min 829 seçici qeydə alınıb. Qeydə alınan ən yaşlı seçicinin 100 yaşı var, ilk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 573 nəfərdir”, - deyə DSK sədri əlavə edib.

Digər xəbərlər