PDF Oxu

Siyasət

  • 3 019

88 saylı Şamaxı Seçki Dairəsində yaşı 100-dən yuxarı olan 5 seçici var

88 saylı Şamaxı Seçki Dairəsində yaşı 100-dən yuxarı olan 5 seçici var

88 saylı Şamaxı Seçki Dairəsi üzrə 51 min 114 seçici 60 seçki məntəqəsində səs verəcək. Bu seçicilərin 608 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Seçki dairəsi üzrə 100 yaşdan yuxarı seçicilərin sayı 5 nəfərdir.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 88 saylı Şamaxı Dairə Seçki Komissiyasinin (DSK) sədri Hüseyin Rəcəbov deyib. O bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil edilib.“Seçki məntəqələrində bütün maarifləndirici plakatlar yerləşdirilib. Məntəqələr hər cür maddi-texniki təchizatla təmin edilib. Təqvim Planına əsasən dairə seçki komissiyalarının üzvlərinə müvafiq treninqlər keçirilib. Eyni zamanda, beynəlxalq müşahidəçilər dairədəki seçkiyə hazırlıq prosesi ilə də tanış olublar, müvafiq monitorinqlər aparılıb”, -deyə H.Rəcəbov əlavə edib

Digər xəbərlər