Sumqayıtda fəaliyyət göstərən altı seçki dairə komissiyasının aşağı seçki komissiya üzvləri üçün təşkil olunan maarifləndirici təlimlər başa çatıb. Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə hazırlıq məqsədilə təşkil olunan treninqlərə məntəqə seçki komissiyaların sədr, katib və bütün üzvləri cəlb olunub. Avqustun 12-dən başlayan təlimlərdə şəhər üzrə ümumilikdə 1248 nəfər iştirak edib."Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, 45 saylı Sumqayıt dördüncü və 43 saylı Sumqayıt ikinci seçki dairələri dairə seçki komissiyalarının yekun iclasında təlimlərdə seçki günü yarana biləcək bir çox suallara aydınlıq gətirilib. Səsvermə günü məntəqə seçki komissiyalarının hər bir üzvünün işinin çərçivəsi müəyyənləşdirilib, səsvermə prosesinə aid bütün protokol məsələlər haqqında ətraflı məlumat verilib. Eyni zamanda, iştirakçıların sualları cavablandırılıb, onlara MSK-nın hazırladığı yaddaş kitabçası təqdim edilib.Açıq dialoq formatında keçən sessiyaları MSK-nın kurslarında iştirak etmiş təlimçilər aparıblar.