75 saylı Yardımlı-Masallı Seçki Dairəsi üzrə 89 seçki məntəqəsi mövcuddur. Seçki məntəqələrinin 69-u Yardımlıda, 20-si isə Masallıda fəaliyyət göstərir".Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 75 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasının (DSK) sədri Qabil Canaliyev deyib.DSK sədri bildirib ki, bu günə kimi DSK-ya müraciət edən 17 nəfərdən yeddisinin namizədliyi qeydə alınıb.“Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Dairənin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib və elektrik generatorları işlək vəziyyətdədir.Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 49 min 476 seçici qeydə alınıb. Qeydə alınan ən yaşlı seçicinin 111 yaşı var. İlk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 214 nəfərdir”, - deyə DSK sədri əlavə edib.