PDF Oxu

Siyasət

  • 3 224

78 saylı Lənkəran kənd Seçki Dairəsi üzrə 7 namizəd qeydə alınıb

78 saylı Lənkəran kənd Seçki Dairəsi üzrə 7 namizəd qeydə alınıb

78 saylı Lənkəran kənd Seçki Dairəsi üzrə 53 seçki məntəqə fəaliyyət göstərir. Seçki dairəsi üzrə qeydiyyatda olan seçicilərin sayı isə 48 min 800 nəfərdir. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 78 saylı Lənkəran kənd Dairə Seçki Komissiyasının (DSK) sədri Əlövsət Rufiyev deyib. DSK sədri bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirici treninqlər keçirilir.Əlövsət Rufiyev qeyd edib ki, bu günə kimi DSK-ya müraciət edən 14 nəfərdən yeddisinin namizədliyi qeydə alınıb. O həmçinin deyib ki, beynəlxalq müşahidəçilər seçki dairəsində görüş keçiriblər. “Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Məntəqələr işıq, qaz, rabitə, internet və tibbi xidmətlə təmin olunub”, - deyə DSK sədri əlavə edib.

Digər xəbərlər