PDF Oxu

Siyasət

  • 2 353

Cəbrayılın Soltanlı kəndində qurulan seçki məntəqəsi səsverməyə tam hazırdır

Cəbrayılın Soltanlı kəndində qurulan seçki məntəqəsi səsverməyə tam hazırdır

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 81 saylı Seçki Məntəqəsi Cəbrayıl rayonunun inzibati ərazisi sayılan Soltanlı kəndində yerləşir. Seçki məntəqəsinin hüdudları Dağ Maşanlı, Əmirvarlı, Qovşudlu və Soltanlı kəndlərini əhatə edir.Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı Dairə Seçki Komissiyasının 81 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Malik Hacıyev bildirib.O deyib ki, məntəqə seçki komissiyalarının üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak edirlər.“Proses qarşıdakı müddətdə də davam edəcək. Maarrıfləndirici materiallar lazımi yerlərə asılıb. Proses MSK-nın Təqvim Planına əsasən aparılır”, - deyə M.Hacıyev vurğulayıb. Məntəqə sədri onu da deyib ki, seçki məntəqəsi səsvermə gününə tam hazırdır.MnSK sədri VII çağırış Milli Məclisə seçkilərin torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk parlament seçkiləri olduğunu xatırladaraq, seçicilərin səsvermədə yüksək əhval-ruhiyyə ilə iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Xatırladaq ki, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 81 saylı Seçki Məntəqəsi Cəbrayıl rayonu Soltanlı kəndi ərazisindəki “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının binasında yerləşir.

Digər xəbərlər