77 saylı Lənkəran şəhər Seçki Dairəsinə 41 məntəqə daxildir, bu dairə üzrə 47 min 815 nəfər seçici qeydə alınıb. Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 77 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasının (DSK) sədri İqbal Rəcəbov deyib. DSK sədri bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan maarifləndirici treninqlər başa çatıb.İqbal Rəcəbov qeyd edib ki, bu günə kimi DSK-ya müraciət edən 10 nəfərdən yeddisinin namizədliyi qeydə alınıb.“Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Dairənin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib və elektrik generatorları işlək vəziyyətdədir.Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, ən yaşlı seçicinin 104 yaşı var, ilk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 454 nəfərdir”, - deyə DSK sədri əlavə edib.