PDF Oxu

Siyasət

  • 2 555

Ölkəmizdə idmanın inkişafı diqqət mərkəzindədir ŞƏRH

Ölkəmizdə idmanın inkişafı diqqət mərkəzindədir ŞƏRH

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini bildirərək, Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzulayıb. Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birliklərı də öz işlərini, birmənalı olaraq, Azərbaycan respublikasında idmanın inkişafına sərf etmişdir.

İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizin dünya idmanında layiqli yer tutması üçün mühüm addımlar atıldı, yenidənqurma işləri başladıldı. İdman sahəsində infrastruktur problemi aradan qaldırıldı. Azərbaycanda yüksək səviyyədə mötəbər yarışların keçirilməsi Dünya, Avropa və Dünya Kuboku kimi yarışların burada baş tutması, artıq Azərbaycanı Olimpiya hərəkatında böyük rolunu göstərməklə yanaşı, Azərbaycanı dünyada idman dövləti kimi tanıtdırmağı bacardı. Bütün bu işlər Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev seçiləndən sonra bu günə qədər davam edir. Digər idmançılarımız, federasiyalar, yeni yaranan federasiyalar, klublar hamısı cənab Prezidentin göstərişi və onun mövcud dövrünə aid olan məsələlərdir. Hər idman növünü dərindən bilən, ona qayğı ilə yanaşan, diqqət göstərən İlham Əliyev idmançılarla görüşü bütün bunların təzahürü idi ki, yenə də həmin ənənələr davam edir. Bu illər medalçılar arasında legionerlər çox oldu. Əsas uğuru legionerlərdən ibarət idmançılarımız qazandı. Ancaq yaxşı olar ki, gələn Olimpiya Oyunlarında öz yerli idmançılarımız çıxış etsinlər.

Hazırda qarşıda müxtəlif idman sahələri üzrə Avropa Cəmiyyətləri, Dünya Çempionatları var. Artıq bir neçə aydan sonra növbəti Los-Angeles 2028 Olimpiadasına lisenziyalar verilməyə başlayacaq.Möhtərəm Prezidentin göstərdiyi etimad onun diqqəti, qayğısını bütün Federasiyalar anlamalı, işlərində diqqətli olmalıdırlar. Uğursuz çıxış edən Federasiyalardan boks, güləş, taekvando kimi misalları çəkmək olar. Ancaq taekvando üzrə idmançımız ikinci yeri tutaraq, yüksək nəticə göstərdi, buna baxmayaraq yenə də, aktiv olmaq lazımdır.

Çünki dövlətimiz yetəri qədər maliyyə ayırır, şərait və infrastruktur var, buna görə də Azərbaycanda idmançı yetişməlidir.Azərbaycan idmanını qarşıda daha bir ciddi sınaq – Los-Anceles Yay Olimpiya Oyunları gözləyir. Bizi 4 illiyin ən böyük yarışından 4 il ayırsa da, artıq indidən bütün planlar cızılmalı, lazımi addımlar atılmalıdır. Hədəf isə, tam təbii olaraq, Paris-2024-dəkindən daha yaxşı nəticə olmalıdır.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil NazirliyininFiziologiya İnstitutuüzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər