“Qanunverici orqan üzrə keçiriləcək seçkilər sözsüz ki, mühümdür. Çünki hüquqi aktlar daim düzəlişlər və əlavələrin olunmasını tələb edir. Azərbaycanda keçirilən Milli Məclisə seçkilər isə digər çalarlarına görə də əhəmiyyət kəsb edir. Çünki bu proses ilk dəfə müstəqil Azərbaycanın bütün ərazilərini əhatə edir. Bu baxımdan həm də rəmzi məna daşıyır”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında qazaxıstanlı ekspert, “A+Analytics” tədqiqat mərkəzinin rəhbəri Fərhad Kasenov deyib.Kasenov vurğulayıb ki, növbəti beşillik işğaldan azad edilmiş ərazilərin dirçəliş dövrünə təsadüf edəcək. “Bu, bütün ölkə iqtisadiyyatına güclü təsir göstərir, tikinti və infrastrukturla bağlı artımı stimullaşdırır.Azərbaycanda qarşıdan gələn 1 sentyabr seçkiləri daxili siyasətin yeni reallıqlara uyğunlaşdırılmasına yönəlib”, - deyə Fərhad Kasenov fikrini yekunlaşdırıb