PDF Oxu

Siyasət

  • 2 505

98 saylı Bərdə-Tərtər Seçki Dairəsi üzrə 8 namizəd qeydə alınıb

98 saylı Bərdə-Tərtər Seçki Dairəsi üzrə 8 namizəd qeydə alınıb

"98 saylı Bərdə-Tərtər Seçki Dairəsi 61 seçki məntəqəsindən ibarətdir ki, bu seçki məntəqələrindən 50-si Bərdədə, 11-i isə Tərtərdə fəaliyyət göstərir". SİA xəbər verir ki, bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 98 saylı Bərdə-Tərtər Dairə Seçki Komissiyasının sədri Namiq Quliyev deyib.

DSK sədri bildirib ki, məntəqə sədrləri və üzvləri treninqlərə cəlb olunurlar. MSK-nın təqvim planına uyğun olaraq Məntəqə Seçki Komissiyasının sədr, katib və üzvləri terninqlərdə iştirak edirlər.

Namiq Quliyev qeyd edib ki, bu günə kimi DSK-ya müraciət edən 11 nəfərdən 8-nin namizədliyi qeydə alınıb. O həmçinin qeyd edib ki, beynəlxalq müşahidəçilərlə DSK-da görüş olub.

"Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Seçki dairəsinin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib, VEB kameralar quraşdırılıb, elektrik generatorları işlək vəziyyətdədir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 52 min 726 seçici qeydə alınıb. Qeydə alınan ən yaşlı seçicinin 114 yaşı var".

Digər xəbərlər