“Qarşıdan gələn parlament seçkilərindən biz alimlərin gözləntisi ondan ibarətdir ki, Milli Məclisin yeni tərkibi ölkədə hər sahənin, o cümlədən təhsil və elm sahəsinin də inkişafına töhfə verə bilsin”.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə deyib.Onun fikrincə, elmin inkişafı təhsilin səviyyəsi ilə bağlıdır və burada yeni texnologiyalara əlçatanlığın təmin edilməsi olduqca zəruridir.“Əgər biz vətəndaşlar Milli Məclisə layiq olan şəxsləri seçə bilsək, yeni parlamentin tərkibi, hesab edirəm ki, bu vəzifələrin və məqsədlərin öhdəsindən gəlməyə borcludur. Çünki seçkilər siyasi dialoq dövründə keçirilir və bu səbəbdən gözləntilərimiz böyükdür”, - deyə İlham Məmmədzadə bildirib.