PDF Oxu

Siyasət

  • 2 032

Əməkdar incəsənət xadimi: “Parlament seçkiləri vətəndaşların arzularını həyata keçirmək imkanı yaradır”

Əməkdar incəsənət xadimi: “Parlament seçkiləri vətəndaşların arzularını həyata keçirmək imkanı yaradır”

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər təkcə siyasi hadisə deyil, həm də ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Bir incəsənət xadimi olaraq mənim üçün xüsusilə vacibdir ki, xalqımızın səsi gələcək nəsillərlə paylaşdığımız musiqi qədər ucadan səslənsin”. Bu fikirləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında deyib. Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkiləri həm vətəndaşların fikirlərini öyrənməklə, həm də yeni reallıqları formalaşdırmaqla onların arzu və istəklərini həyata keçirmək imkanı yaradır. “Mədəniyyət və incəsənətin birlik və əməkdaşlıq ruhunu əks etdirən bu yeni reallığın formalaşmasında mühüm element olaraq qalması vacibdir”, - deyə Dilarə Əliyeva fikrini yekunlaşdırıb.

Digər xəbərlər