Azərbaycan hər sahədə uğur qazanmaqda davam edir və davam edəcəkdir.Ölkəmiz istər siyasi sahədə istər sosial vəya iqtisadi sahələrdə sözünü deyən lider ölkələrdən biridir.Bununla yanaşı ölkəmiz həmçinin necəki 44 günlük döyüşlərdə qızıl hərflərlə tarix yazdısa hal-hazırda idman sahəsində də eyni göstəricini sərgiləməkdə davam edir.Bildiyimiz kimi idmançılarımız XXXIII Paris Yay Olimpiya oyunlarında böyük uğurlar qazanmaq yolunda qətiyyətlə addımlayır.Bu uğurları qazanmaq sözsüz ki tək idmançının özündən asılı durum deyil.Belə uğurlar qazanmaq üçün gərək idmançının yanında güclü və idmana dəstək olan bir dövlət olsun.Azərbaycan dövlətinin idmana dəyər verməsi və Cənab Prezidentimizin idmançılara göstərdiyi qayğı və dəstək bu gün idmançılarımızın daha böyük nailiyyətlər əldə etməsində mühüm rol oynayır.Bu yaxınlarda Prezidentimiz İlham Əliyevin cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərini qəbul etməsi və onlara dəstək olması bir daha Azərbaycan dövlətinin idmana necə böyük dəyər verdiyinin şahidi ola bilərik.Və ölkəmizdə keçirilən olimpiya oyunlarının ən böyük olimpiya oyunlarından olan Baku 2015 I Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsi,Azərbaycan dövlətinin bir daha idman sahəsinə nə qədər diqqət göstərməyinin nümunəsidir.Həmçinin idmançılarımızın hər olimpiya oyunlarında medallarının sayını artırması da bu sahə üçün bir faktdır.Və belə bir durum bizim üçün qürurverici və fəxr edici bir durumdur.Biz dahada güc əldə etmək üçün və daha da güclənmək üçün Azərbaycan xalqı olaraq ən əsası Prezidentimizin ətrafında toplaşmalı ölkəmizi qorumalı,müdafiə etməli,və dövlətimizin daima yanında olmalıyıq.Unutmayaqki biz birlikdə güclüyük!
Rüstəmli Elgün
YAP Yasamal rayon təşkilatının fəalı