Hər il Azərbaycanda ardıcıl olaraq idman siyasəti həyata keçirilir. Azərbaycanın irimiqyaslı idman yarışlarında ev sahibliyi etməsi dövlətimiz üçün çox qürurverici haldır. Bu da Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, həqiqətən əyani bir sübutdur. Bu gün Azərbaycanın Gənclər və İdman nazirliyinin mövcudluğu, Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin,eləcə də parlament gənclərlə bağlı komitənin fəaliyyət göstərməsi, Gənclər fondunun təsis edilməsi bir daha gənclərə xüsusi diqqətin göstərildiyini sübut edir. Onu da qeyd etmək lazımdır ki, idmançılarımızın olimpiyadalarda, beynəlxalq səviyyəli qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada ən yüksək nöqtədə dayanmışdır. Ölkəmizdə idmanın maddı-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi idmançıların sosial-məişət məsələlərin həllinin daim diqqət mərkəzində saxlanılmasının gənclər arasında idmana böyük maraq artmaqda davam edir.
Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük nailiyyətlər qazanılıb. Məhz bu cür qələbələr Azərbaycana bir idman ölkəsi kimi nüfuz qazandırır. İdmançılarımızın əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir. Prezident İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çıxışında ölkəmizdə idmana, idmançılara olan yüksək diqqət və qayğıdan bəhs edib. Cənab Prezident qeyd edib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb. İlham Əliyev bildirib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpia Oyunlarında iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan dünyada həm də, idman ölkəsi kimi tanınır. Bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə nüfuzlu dünya və Avropa yarışları təşkil olunub. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Həm dünya, həm də, Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşında böyük sevinc və fərəh hissi yaradır. Bir sözlə, idman təkcə daxili de¬yil, həm də dövlətin xarici siyasətinin ən mühüm tərkib hissəsidir. Bun¬dan başqa, dövlətin beynəlxalq nüfuzunun idman vasitəsilə möhkəmləndirilməsində müəyyən bir ölkənin ərazisində keçirilən iri beynəlxalq yarışlar da xüsusi rol oy¬nayır. Bu cür yarışlar dövlətə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə uğurları nümayiş etdirməyə, turistləri və ixtisaslı işçiləri cəlb etməyə imkan verir. Bütün bunlar, əlbəttə ki, dövlətin imicini yüksəldir, dünya ictimaiyyətinin gözündə daha cəlbedici və nüfuzlu edir. Bu mənada Azərbaycanda beynəlxalq yarışların keçirilməsi həm ölkənin potensialından xəbər verir, həm də beynəlxalq federasiyaların ona inamını əks etdirir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri