PDF Oxu

Siyasət

  • 2 069

101 saylı Samux-Şəmkir Seçki Dairəsində 355 nəfər ilk dəfə səs verəcək

101 saylı Samux-Şəmkir Seçki Dairəsində 355 nəfər ilk dəfə səs verəcək

"101 saylı Samux-Şəmkir Seçki Dairəsinin inzibati ərazisi üzrə 56 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqələrinin 32-si Samux, 24-ü isə Şəmkir rayonu ərazisində yerləşir". SİA xəbər verir ki, bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 101 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasının sədri Bayram Qasımov deyib. O bildirib ki, seçki dairəsi üzrə ümumi seçicilərin sayı isə 54 min382 nəfər təşkil edir: "Bu seçicilərin müvafiq olaraq 28 min 336 nəfəri Şəmkir, 26 min 046 nəfəri Samux rayonunda qeydiyyatda olan seçicilərdir. Dairə üzrə ilk dəfə səs verənlər isə 355 nəfərdir. Onların 212-si Şəmkir, 143 nəfəri isə Samux rayonu sakinləridirlər. Dairə üzrə 800 nəfərdən artıq müşahidəçi qeydiyyatdan keçib".DSK sədri qeyd edib ki, seçki dairəsi üzrə 13 nəfər imza vərəqəsi götürüb, onlardan 8-nin namizədliyi qeydə alınıb: "Proses Təqvim Planına əsasən aparılır. Beynəlxalq müşahidəçilər dairə seçki komissiyasında olublar. Məntəqə seçki komissiyalarının üzvləri ilə mütəmadi görüşlərimiz keçirilir, təchizatımız yüksək səviyyədədir. Seçki dairəsi ərazisindəki seçki məntəqələrinin bəziləri veb-kamerelarla təchiz olunub".

Digər xəbərlər