PDF Oxu

Siyasət

  • 2 018

Azərin Aslanova: “Gənclərimizi seçki prosesində fəal olmağa səsləyirəm”

Azərin Aslanova: “Gənclərimizi seçki prosesində fəal olmağa səsləyirəm”

"Həyatımda ilk dəfə sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərində səsə verəcəm. Seçkilərdə iştirak etmək, vətəndaşlıq borcumu yerinə yetirmək, eyni zamanda vətəndaş kimi özümün seçki hüququmdan istifadə etmək mənim üçün çox əhəmiyyətlidir. Xüsusilə, müstəqillik tariximizdə ilk dəfə bütöv və suveren Azərbaycanın bütün regionlarında baş tutacaq bu seçki prosesində hətta seçici kimi iştirak etmək belə böyük məsuliyyət tələb edir".Bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 1 sentyabr seçkilərində ilk dəfə səs verəcək Azərin Aslanova deyib.Onun sözlərinə görə, seçkilərin nəticələri cəmiyyətimiz və dövlətimiz üçün yeni bir mərhələ yaradır: "Mən əslən işğaldana azad edilmiş bölgədən – Cəbrayıl rayonunun Daş Veysəlli kəndindənəm. Bu gün mənim ata-baba yurdum azaddır. Bu olduqca qüruruverici bir hissdir. Mən bu gün qalib ölkənin vətəndaşıyam. Fikrimcə, gənclərin seçkilərdə iştirak etməsi ölkənin inkişafı üçün ən vacib elementlərdəndir. Bütün gənclərimiz seçki prosesində aktiv olmalıdırlar. Hər bir gənci seçki günü məntəqələrə gəlməyə və öz səsvermə hüququndan istifadə etməyə çağırıram”.

Digər xəbərlər