Gözlənildiyi kimi cəmiyyətin bütün təbəqələri yüksək fəallıqla sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlaşır. Artıq birmənalı şəkildə demək olar ki, seçicilər kimə və ya hansı partiyanın namizədinə səs verəcəklərini də müəyyənləşdiriblər. Söz yox ki, bu dəfə də xalqın mövqeyi dəyişməz qalacaq. Yəni, növbəti dəfə Cənubi Qafqazın aparıcı gücə malik partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərinə səs verəcəklər. Başqa cür qərarın verilə biləcəyi də mümkünsüzdür. Çünki 1993-cü ildən bu günə qədər xalq Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu və hazırda Fateh Sərkərdə, ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına dəstək nümayiş etdirib, irəli sürdüyü namizədlərinə səs verib. Xalq 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində növbəti dəfə Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin böyük qələbələr gətirən siyasətinə öz dəstəyini göstərməklə YAP-ın namizədlərinə səs verəcək. Bunu aydın şəkildə dərk edən dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər hər cürü təxribatçı addımları və açıqlamaları ilə gözlənilən qələbəyə kölgə salmağa çalışırlar. Lakin onların niyyətləri baş tutmayacaq. Çünki məsəl var deyərlər, “el gücü, sel gücüdür”. Xalqın gücü, birliyi qarşısında çör- çöpün duruş gətirməsi mümkünsüzdür, özü də qalib xalqa. Ona görə də, dağıdıcı müxalif məxluqların hay-küyləri, təxribatçı əməlləri nəticəsiz qalacaq. Boykot çağırışları isə, ümumiyyətlə, baş tutmayacaq. Yeddidən yetmiş yeddiyə qədər hamı seçki məntəqələrinə gedərək əvvəlcədən müəyyənləşdirdikləri millət sevdalısı, Vətən təəssübkeşi olan deputatlığa namizədlərə səslərini verəcəklər. Bununla bir daha dağıdıcı müxalifət başbilənləri və onların arxasında dayanan işbazlar sarsıdıcı zərbələrini alacaqlar.
Piter Mixalko Əli Kərimlidən pullarını geri istəyib
“Boykot” şousu heç də AXCP sədri Əlli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin beyininin məhsulu deyil. Tədricən sular durulduqca aydın olur ki, boykot oyununun ideya müəllifləri xaricdəki anti-Azərbaycan dairələr və onların Bakıdakı koordinatorlarıdır. Məsələ tam çılpaqlığı ilə Avropa İttifaqının Bakıdakı ofisində dağıdıcı müxalifət liderləri ilə baş tutan görüş zamanı da mətbuata sızdırıldı. Həmin görüşdə səfir Piter Mixalko AXCP sədri Əli Kərimlini, Müsavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbəri və Arif Hacılını, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsi danlayıb, onları zəiflikdə, qorxaqlıqda ittiham edib. Azərbaycandakı cari durumu qısa şəkildə “təsvir” edən P.Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət fəaliyyətini yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. Hazırda seçkilərlə əlaqədar siyasi fəallığını yüksəltməli olan qüvvələr artıq bu imitasiyanı da lazımi şəkildə edə bilmirlər. P.Mixalko nümunə kimi Gürcüstan müxalifətini və vətəndaş cəmiyyətini göstərərək bildirib ki, həm Azərbaycana, həm də Gürcüstana ayrılan vəsaitlərin həcmi eyni olsa da, qonşu ölkədə vətəndaş cəmiyyəti hakimiyyətə çox ciddi təsir etmək və iqtidarı sarsıdacaq addımlar atmaq imkanlarına malikdir. Söz yox ki, P.Mixalkonu dağıdıcı müxaliflərlə sərt danışmağa, onları ittiham etməyə vadar edən səbəblər var. Digər tərəfdən P.Mixalko açıq formada olanları dilə gətirib, ortaqlarını ifşa etməsi tərəflər arasında ciddi konfliktlərin yaşandığından xəbər verir. Hətta ola bilsin ki, P.Mixalko Əli Kərimlidən və Cəmil Həsənlidən son bir il ərzində Avropadan onlar üçün ayrılmış pullarını geri istəyib. Fikir ayrılıqları və ziddiyyətli məqamlar məhz bundan sonra başlayıb. Əli Kərimli və C.Həsənli müəyyən özlərinə sərf edən arqumentləri ilə tələb olunan pulları qaytarmadan imtina etməyə çalışıblar. P.Mixalko isə anadangəlmə qırmızısifət olduğundan qırmızılığına salıb, heç bir özünümüdafiəni qəbul etməyərək pullarını istəyib. Pulla geri qaytarılmadığı üçün P.Mixalko səfirlikdə keçirilən görüşdə qrantyeyən dəllalları ifşa edib. Məsələnin daha da ağırlaşa biləcəyi ehtimal olunur. O mənada ki, xəbərdarlıqdan nəticə çıxarmayan və pulları geri qaytarmayan dağıdıcı müxalifət daha sərt ittihamlara məruz qala bilər. Bu isə dağıdıcı müxalifətin sonu ola bilər. Hər halda proseslər C.Həsənlinin və Ə. Kərimlinin qorxduqları istiqamətdə inkişaf edir.
İLHAM ƏLİYEV