PDF Oxu

Siyasət

  • 2 293

İlk dəfə səs verəcək Nuray Əzimli: “Seçkilər ölkəmizin sabahı üçün mühümdür”

İlk dəfə səs verəcək Nuray Əzimli: “Seçkilər ölkəmizin sabahı üçün mühümdür”

“İlk dəfə səs vermək mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu, yalnız səs vermək deyil, eyni zamanda gələcəyimizin qurulmasında iştirak etmək deməkdir”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında sentyabrın 1-də parlament seçkilərində ilk dəfə səs verəcək Nuray Əzimli deyib. O əlavə edib ki, ilk dəfə parlament seçkilərində səs verməklə Azərbaycanın inkişafı və sabitliyi üçün öz payını vermək istəyir: “Gənc nəslin nümayəndəsi olaraq biz də öz səsimizlə ölkəmizin inkişafına töhfə vermək istəyirik. Sumqayıtlı bir gənc olaraq, doğulduğum və böyüdüyüm şəhərin, eləcə də bütün Azərbaycanın gələcəyinə öz təsirimi göstərə bilmək mənim üçün qürurverici bir hissdir. Düşünürəm ki, bu seçkilər ölkəmizin sabahı üçün mühüm bir məqam olacaq və mən də bunun bir parçası olduğum üçün çox sevincliyəm”.

Digər xəbərlər