“Parlament seçkiləri Azərbaycan üçün vacib məsələlərdən biridir. Hər bir seçkidən sonra ölkəmizdə demokratik mühit yenilənir. Bu da məni sevindirir ki, müstəqilliyimiz, dövlətçiliyimiz möhkəmlənir və inkişaf edir”.Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Qurbanov bildirib.“Namizədlərin içində xeyli cavan, enerjili, intellektual simalar var. Guman edirəm ki, onların sırasında çox layiqli namizədlər var. Yeni parlament yeni seçki təcrübəsi deməkdir. Doğrusu, MSK-nın Təqvim Planı da sanballıdır. İnsanlar da öz seçki platformalararını sağlam şəkildə təqdim edə bilirlər. Çox sabit, həmçinin rəqabət mühitli seçkilərin keçiriləcəyini düşünürəm”, - deyə professor əlavə edib.