PDF Oxu

Siyasət

  • 3 661

Putinin Bakı səfəri: gözləntilər... - ŞTRİX

Putinin Bakı səfəri: gözləntilər... - ŞTRİX

Yaxud, yay bitir və payız ənənəvi olaraq siyasi səhnədə hər zaman aktivliyi ilə seçilib
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri rəsmi dövlət xarakteri daşıyırdı və bu səfər ilk növbədə diplomatik reyestrdə ən yüksəyindən hesab olunur.Putinin Bakıda səsləndirdiyi sözlərindən aydın olduğu kimi, bu səfər uzun müddət idi ki hazırlanırdı. Belə ki, prezident Putinin özü sonuncu dəfə Bakıda 2019-cu ildə olub. Prezident İlham Əliyev isə bu ilin aprel ayında işgüzar səfərdə Vladimir Putinlə görüşüb.
Putin 18-i axşam gəldi və 1 gecə Bakıda qalmaq qərarına gəldi
Diqqətçəkən daha bir məqam: rəsmi səfər faktiki olaraq Rusiyanın bütün Nazirlər Kabineti ilə müşayiət olundu. Bu fakt isə danışıqların dərinliyindən xəbər verir.Putin 18-i axşam gəldi və 1 gecə Bakıda qalmaq qərarına gəldi.Səfər müddətində altı sənəd imzalandı: üç saziş, üç memorandum. Və...
Mesaj...
Lavrovun bəyanatı - o, açıq-aşkar Zəngəzur dəhlizindən danışmaqla Ermənistanı haqlı olaraq 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmanı pozmaqda ittiham etdi!Başqa tərəfdən, açıq mətndə Şimal-Cənub dəhlizi faktoru da əsas gündəm oldu. Həmçinin ölkələr arasında ticarət dövriyyəsinin artırılması barədə də razılaşma diqqət çəkdi.Lakin Putinin səfəri ona aid olan hər kəsə bir mesaj da oldu və onun Azərbaycanda xüsusi şəkildə qəbul olunması paralel olaraq İlham Əliyevin mesajı kimi qiymətləndirilə bilər, yaxud eyni xarakter daşıyır.Azərbaycan bununla bəyan etdi ki, müxtəlif dairələrin, xüsusən də onun milli maraqlarına, eləcə də müstəqilliyinə hörmət etməyənlərin fikirləri rəsmi Bakı üçün maraqlı, ya da təsiredici deyil.
Rusiya Ermənistana qarşı sərt siyasət yürütməyə başlayacaq, bunun "niyəsi" isə bəllidir
Görüş nəticəsində o da bəlli oldu ki, Azərbaycan həmçinin Rusiyanın "Şərqə doğru" yeni xarici siyasət doktrinası çərçivəsində bazarlara çıxış əldə edir.Ən əsası isə bu səfərdən sonra Rusiya Ermənistana qarşı sərt siyasət yürütməyə başlayacaq. Bunun "niyəsi" isə bəllidir: rəsmi İrəvan KTMT-dən imtina edir, Avrasiya İqtisadi İttifaqının və MDB məkanının görüşlərinə qatılmır, Qərbə doğru get-gedə daha çox sığınır, ərazisində ABŞ hərbçilərini və Avropa kəşfiyyatçılarını yerləşdirir...Daha bir məqam: Prezident Putin Prezident Əliyevi BRİKS sammitinə dəvət edib.Rusiyanın Ermənistanla Azərbaycan arasında vasitəçi kimi geri qayıtmaq marağı da var.Beləliklə, yay bitir və payız ənənəvi olaraq siyasi səhnədə hər zaman aktivliyi ilə seçilib.

Afət Tahirqızı

Digər xəbərlər