PDF Oxu

Siyasət

  • 1 596

Olimpiadada möhtəşəm qələbələr əldə edən idmançılarımız ŞƏRH

Olimpiadada möhtəşəm qələbələr əldə edən idmançılarımız ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etmişdir.

Görüşdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik etmiş, onların Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etdiklərini, Azərbaycan Bayrağını ucaltdıqlarını, bütün xalqımızı sevindirdiklərini bildirmişdir. Cənab Prezident vurğulamışdır ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.

Bizim Olimpiya Oyunlarındakı uğurlarımız, əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılarada minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzuladı. Sonra Olimpiya çempionları, cüdoçular Hidayət Heydərov, və Zelim Kotsoyev Azərbaycan Prezidentinə xatirə hədiyyələri təqdim etdilər. Daha sonra dövlətimizin başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim etdi.

NAZIM BÜNYATOV ,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər