PDF Oxu

Siyasət

  • 6 495

12 saylı Xəzər birinci Seçki Dairəsində 13 namizəd mübarizə aparır

12 saylı Xəzər birinci Seçki Dairəsində 13 namizəd mübarizə aparır

12 saylı Xəzər birinci Seçki Dairəsinə 37 məntəqə daxildir. Dairə üzrə 47 min 981 seçici qeydə alınıb. Müraciət edən 13 nəfərdən hamısının namizədliyi qeydə alınıb. SİA xəbər verir ki, bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 12 saylı Xəzər birinci Dairə Seçki Komissiyasının (DSK) sədri Mütəllim Balaqardaşov deyib.

DSK sədri bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan maarifləndirici treninqlər başa çatıb: "Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Hazırlıq işləri yekunlaşmaq üzrədir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, ilk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 266 nəfərdir. Bütün seçki məntəqələri lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə, təşviqat vəsaitləri, seçkilərin keçirilməsi üçün təlimatlarla təmin edilib. Səsvermənin gedişini izləmək üçün seçki məntəqələrinə veb-kamera quraşdırılıb".

Digər xəbərlər