111 saylı Zaqatala-Balakən Seçki Dairəsı iki rayonun inzibati ərazi vahidi üzrə formalaşıb. Seçki dairəsi üzrə 50 seçki məntəqəsi fəaliyyət göstərir ki, onların 38-i Zaqatala, 12-si isə Balakən rayonunun ərazisində yerləşir.Bunu “Seçki 2024”Müstəqil Media Mərkəzinə açıqlamasında 111 saylı Zaqatala-Balakən Dairə Seçki Komissiyasının (DSK) sədri Zöhrab İsmayılov deyib. DSK sədri məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlərin keçirildiyini vurğulayıb. O bildirib ki, maarifləndirici materiallar seçki məntəqələri üzrə lazımi yerlərə vurulub: “İndiyə qədər seçki dairəsi üzrə 879 müşahidəçi qeydə alınıb. Sentyabrin 1-də baş tutacaq Milli Məclisə növbədənkənar seçkilərdə 111 saylı Zaqatala-Balakən Seçki Dairəsı üzrə 51 min 373 seçici qeydiyyata alınıb. Bu seçicilərin 38 min 200-ü Zaqatala, 13 min 173-ü isə Balakən rayonu üzrə səs verəcək. Seçki dairəsi üzrə ilk dəfə səs verəcək şəxsləırin sayı 480 nəfər təşkil edir. Yaşı 80-100 arası olan seçicilər isə 867 nəfərdir”. DSK sədri seçki məntəqələrinin seçkiyə tam hazır vəziyyətdə olduğunu da diqqətə çatdırıb. O bildirib ki, məntəqələrlə bağlı bütün texniki məsələlər həll olunub.