PDF Oxu

Siyasət

  • 2 430

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Milli Məclisə seçkilərin monitorinqi ilə bağlı aralıq hesabatını təqdim edib

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Milli Məclisə seçkilərin monitorinqi ilə bağlı aralıq hesabatını təqdim edib

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərin monitorinqi ilə bağlı aralıq hesabat təqdim edib.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, Koalisiyanın Azərbaycan ərazisini əhatə edən 65 seçki dairəsində müşahidələr aparmaq üçün 533 müşahidəçisi seçilib, onlar üçün təlimatlandırıcı “Yaddaş”, üzərində koalisiyanın loqosu əks edilmiş döş nişanları hazırlanıb. Müşahidəçiliklə bağlı təlimləri keçmiş müşahidəçilər arasında qadınlar, gənclər və ziyalılar da var. Qeyd edilib ki, Koalisiya seçkilərdə namizədlərini irəli sürənlərin müxtəlif mediada da öz mövqelərini bildirmələri, Mərkəzi Secki Komisiyasına (MSK) müraciətləri, bu müraciətlərin araşdırılması, imza toplamaq vərəqlərin verilməsi, imza toplama kampaniyası, MSK tərəfindən toplanan sənədləri qəbuluna münasibəti və digər prosesləri daima izləməkdədir.Bildirilib ki, Azərbaycanın bütün ərazilərində seçkilər keçirilməsi üçün 125 Seçki dairəsi, Dairə Seçki Komissiyası, 6300-ə yaxın Məntəqə Seçki Komisyası yaradılıb: “Müşahidəçilərimizin topladığı məlumat əsasında deyə bilərik ki, bütün dairələrdə, məntəqələrdə seçkiyə hazırlıq işləri qənaətbəxşdir. Ölkə ərazisində seçki prosesini monitorinqini aparan müşahidəçilər bölgələrdə gedən prosesləri diqqətlə izləyir, məlumatlar toplayırlar. Koalisiyanın yaratdığı işçi qrup öz növbəsində seçki prosesi ilə bağlı baş verən bütün prosesləri dərindən izləməkdə, müşahidələr aparmaqla, obyektiv və subyektiv cəhətləri ətraflı şəkildə təhlil etməkdədir”.Sənəddə vurğulanıb ki, toplanan məlumatlara əsasən, əhalinin bir hissəsi növbədənkənar parlament seçkilərinin keçirilməsini ölkədə yeni bir mərhələ kimi qiymətləndirir, həmçinin seçkilərə laqeyd münasibət bəsləyənlər də müşahidə edilir: “Əhali ümid edir ki, bu seçkilər bir sıra sosial problemlərin həllinə rəvac verəcək. MSK məlumatına əsasən parlament seçkiləri ilə əlaqədar 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb. Müşahidəçilərin verdiyi məlumatlara əsasən deyə bilərik ki, respublikanın heç bir yerində imza toplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib”.Qeyd edilib ki, Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən şəxslər tərəfindən bildirilən məlumatlara görə namizədliklərin qeydə alınmaması əsasən sənədləşmədəki qüsurlarla bağlı olub: “Seçkilərdə 25 siyasi partiyadan 459 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, onlardan 305-nin namizədliyi qeydə alınıb. Namizədlərin bir qismi avqust ayının 9-dan başlamış təşviqat kampaniyasında fəallıq göstərirlər. Tez-tez müxtəlif ərazilərdə, bölgələrdə seçicilərlə görüşür, onların problemləri haqqında ətraflı məlumatlar toplayır, qaldırılan məsələlər ətrafında müzakirələr aparırlar. Müşahidəçilər ölkənin müxtəlif ərazilərində namizədlərin keçirdiyi görüşləri də müşahidə ediblər. Qanunvericiliyə görə, seçkiqabağı təşviqat prosesini qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilər”.“Sentyabrın 1-də keçiriləcək parlament seçkisində qeydə alınmış namizədlərin və namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşə bilməsi üçün MSK tərəfindən 6000-ə yaxın yer təyin olunub. Bundan başqa, Seçki Məcəlləsinə əsasən, 60-dan çox namizədi qeydə alınmış siyasi partiya və partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media qurumlarında ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır. Yəni, 60-dan çox namizədi qeydə alınmış partiya və onların blokları pulsuz efir imkanından istifadə etməklə təşviqat kampaniyası apara bilər. Hazırda bu imkandan yalnız Yeni Azərbaycan Partiyası (YAP) istifadə edə bilər. Çünki digər partiyaların heç birinin 60-dan çox qeydə alınmış namizədi yoxdur. YAP bundan əvvəlki parlament seçkisində olduğu kimi hazırda da pulsuz efirdən istidafə etmək imkanından imtina etmişdi. Ödənişli efir vaxtının kifayət qədər yüksək qiymətdə olması səbəbindən isə əksər namizədlər bu imkandan yararlana bilmirlər. Lakin sosial şəbəkələrdən geniş istifadə olunur. Namizədlərlə teledebatların olmaması seçicilərin namizədlərin seçki platformalarının obyektiv dəyərləndirməsinə, müqayisəsinə mənfi təsir edir”, - sənəddə əksini tapıb. Bildirilib ki, Koalisiya üzvləri ilə namizədlər, siyasi partiyalar və onların komanda üzvləri ilə çox obyektiv, səmimi fikir mübadilələri apararaq aşağıdakı əsas nəticələr üzrə qənaətə gəliblər:
1) Namizədlər bu seçkilərdə iştirak etməklə əhali ilə daha yaxından təmasda olmaq, mövcud problemləri daha dərindən öyrənmək, öz mövqelərini insanlara daha aydın şəkildə bildirmək, ölkənin inkişaf strategiyalarının formalaşmasında daha yaxından iştirak etmək məqsədlərini güdürlər.
2) Namizədlər ölkədəki bir çox sosial, hüquqi, iqtisadi problemlərin də olduğunu bildirirlər. Əhalinin güzəranının yaxşılaşdırılması, sosial müdafiəsinin artırılması sahəsində də problemlərin də tez bir zamanda həll edilməzinə təxirəsalınmaz işlər kimi baxırlar. Bu sahədə özlərinin, təmsil etdikləri siyasi qüvvələrin də yaxından iştirak etmək arzusunda olduğunu bildirirlər. Alimlərin, mütəxəssislərin də bu işlərə cəlb olunmasını vacib hesab edirlər. Ümid edirlər ki, yaxın zamanda ölkədə bu istiqamətdə ciddi addımlar atılacaq.
- Biz deputatlığa namizədlik iddiasında olan, lakin buna nail ola bilməyənlərin müxtəlif TV kanallarından, mətbuatdan olan şikayətləri ilə tanışıq. Biz bununla əlaqədər monitorinq və təhlillərimizi davam etdiririk.- Vətəndaş cəmiyyətinin seçki müşahidəçiliyində iştirak səviyyəsi xeyli yüksəkdir. Ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən minlərlə şəxs seçki günü müşahidəçi olacaq. Onlardan təkcə 500-dən çoxu bizim Koalisiyanın müşahidəçiləri olacaq;
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB-nun) indi ölkəmizə seçki prosesini izləmək üçün dəvət olunmuş nümayəndələri ilə iki dəfə görüşümüz olub. Hər iki görüşdə geniş fikir mübadiləsi olub. Onların verdiyi bütün suallara Koalisiyamızın həmtəsisçiləri və ekspertlərimiz tərəfindən əhatəli cavablar verilib.- Daha bir görüşümüz isə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərləri ilə nəzərdə tutulub.

Digər xəbərlər