PDF Oxu

Siyasət

  • 1 400

45 saylı Sumqayıt dördüncü Seçki Dairəsinin siyahılarında 50 min 31 nəfər seçicinin adı var

image

45 saylı Sumqayıt dördüncü Seçki Dairəsi 38 seçki məntəqəsini özündə birləşdirir. Seçki məntəqələrinin hər biri lazımi avadanlıqlarla və maarifləndirici materiallarla təchiz olunublar və səsvermə gününə hazırdırlar. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 45 saylı Sumqayıt dördüncü Dairə Seçki Komissiyasının (DSK) sədri Məhəbbət Məmmədova deyib. O bildirib ki, seçki dairəsi üzrə seçicilərin sayı 50 min 31 nəfər təşkil edir: “Bu seçicilərin 165-i ilk dəfə səs verəcək. 819 nəfər seçicimiz isə 80-100 yaş aralığında olan şəxslərdir. Ən yaşlı seçicimiz 1926-cı il təvəllüdlü Zinayida Quliyevadır”.DSK sədri əlavə edib ki, Təqvim Planına əsasən, DSK və məntəqə seçki komissiyalarının üzvləri treninqlərdə iştirak ediblər. Həmin treninqlərdə seçki qanunvericiliyində və MSK-nın təlimatlarında qeyd edilən müddəalar komissiya üzvlərinə izah edilib, seçki prosesində, səsvermə günündə komissiya üzvlərinin davranışları ilə bağlı məqamlar bir daha xatırladılıb.Məhəbbət Məmmədova budəfəki parlament seçkilərinin Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycan ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş şəkildə parlament seçkiləri keçirir. İnanıram ki, seçicilərimizin seçkiyə münasibəti hər zamankı kimi yüksək olacaq”.

Digər xəbərlər