“67 saylı Sabirabad Seçki Dairəsi sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə tam hazırdır. Dairə üzrə qeydiyyatda olan 53 min 901 seçici 49 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək. Səsvermə hüququndan ilk dəfə istifadə edəcək seçicilərin sayı 331-dir. Yaşı 80-100 arasında olan 973 seçici var”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 67 saylı Dairə Seçki Komissiyasının (DSK) sədri Məstalı Nuriyev deyib.
DSK sədri bildirib ki, dairə üzrə 9 namizəd qeydə alınıb: “Namizədlərin seçkiqabağı təşviqatı üçün bərabər şərait yaradılıb. Hər bir namizəd öz təşviqat materiallarını məntəqələrin ərazisində quraşdırılmış lövhələrdə yerləşdirə, o cümlədən, qapalı və açıq yerlərdə seçicilərlə görüşə bilir. Namizədlərin mübarizəsi yüksək seçki mədəniyyəti ilə müşahidə edilir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri dairə üzrə seçkiyə hazırlıq prosesini izləyib”.