“Bu il artıq bir dəfə tarixi seçkiyə şahidlik etmişik. Fevral ayında növbədənkənar prezident seçkiləri zamanı ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə də səsvermə keçirildi. Növbəti yaddaqalan hadisə isə sentyabrın 1-də parlament seçkiləri zamanı yaşanacaq”.Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov deyib.Diaspor nümayəndəsi xaricdə yaşayan azərbaycanlıların ölkədə gedən ictimai-siyasi prosesləri yaxından izlədiklərini söyləyib: “Prezident seçkilərində olduğu kimi Milli Məclis seçkiləri də dünya azərbaycanlılarının diqqət mərkəzindədir. Keçmiş məcburi köçkünlər uzun illər gözlədikləri tarixi anlara şahidlik edəcəklər. Onlar tarixi özləri yazacaqlar. Qarabağlılar öz doğma evlərində - Xankəndidə, Şuşada, Laçında deputatlarını seçəcəklər. Yeni formalaşacaq parlamentin üzərinə isə böyük məsuliyyət düşəcək. Bir vaxtlar separatçıların dağıtdıqları yurd-yuvamızda seçki əhvalının olmasını izlədikcə fəxr hissi yaşayırıq. Azərbaycanın hər nailiyyətinə sevinir, seçkilərin isə uğurla yekunlaşacağına əminliyimi bildirirəm”.