PDF Oxu

Siyasət

  • 2 437

Azərbaycan Rusiya arasında əlaqələr inkişaf edir ŞƏRH

Azərbaycan Rusiya arasında əlaqələr inkişaf edir ŞƏRH

Avqustun 18-19 Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanda dövlət səfərində olub. Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Vladimir Putin Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar. Görüşdə dövlət başçılarına Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı barədə məlumat verən Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhərində məbədlərin bir çoxunun Azərbaycan hökumətinin vəsaiti ilə bərpa edildiyini vurğulayıb. Azərbaycan və Rusiya prezidentləri kilsəyə xatirə hədiyyələri təqdim ediblər.

Ümumiyyətlə, Azərbaycanda heç bir xalqın həyat tərzinə, həyat şəraitinə, adət-ənənəsinin təbliğinə hər hansı müdaxilə olmur. Bu, dövlətimizin dünyada tolerantlığının bariz nümunəsidir.

Öz növbəsində bu gün Rusiyada milyonlarla soydaşımız yaşayır. Ümumi statistikaya görə diaspor olaraq ən çox azərbaycanlı Rusiyada yaşayır və fəaliyyət göstərir. Bu insanlar Rusiyanın ictimai-siyasi həyatında fəaldırlar. Rusiya rəsmi qurumları səviyyəsində soydaşlarımıza diaspor olaraq da çalışmaq üçün şərait yaradılıb. Xatırladaq ki, 2022-ci ilin fevralında Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Bu sənəddə bütün fəaliyyət sahələri əhatə olunub, o cümlədən diasporumuzun da fəaliyyəti ilə bağlı bənd var: “Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar”. İki il ərzində bu müttəfiqlik Bəyannaməsinin bəndələrinə əsasən Azərbaycanda və Rusiyada müxtəlif səpkili tədbirlər keçirilib. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında bu bəyənamə haqqında da danışıb: “Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir”. Həmçinin Prezident Vladimir Putin dövlətimizin başçısi ilə məhdud və geniş tərkibli görüşlərində bəyannamənin uğurla icra edilməsindən məmnunluğunu ifadə edib. Bu, hər iki dövlət başçısı səviyyəsində sənədin icrasının diqqətdə saxlanılmasının göstəricisidir.

Azərbaycan ilə Rusiya tarixən dost, qonşu və müttəfiq ölkə olublar. Bu münasibətlərin tarixi çox-çox qədimilərə gedib çıxır və hazırda da ikitərəfli münasibətlər yüksək səviyyədə davam etdirilir. Bu gün Rusiyanın Cənubi Qafqazda ən yaxın dost ölkəsi məhz elə Azərbaycandır. Elə buna görə də Rusiya prezidenti Valadimir Putinin və rus xalqının Azərbaycana xüsusi münasibəti var. Prezident İlham Əliyev və vitse-prezident Mühriban Əliyeva evlərində Vladimir Putini ən səmimi şəkildə qarşıladılar. Əlbəttə ki, səfərin növbəti günü rəsmi qəbul oldu və prezidentlərin məhdud və geniş tərkibli görüşləri oldu. Eyni zamanda mətbuata bəyanatlarla çıxış edilir. Bundan əvvəl isə iki dövlət arasında sənədlərin imzalanması mərasimi oldu. Ümumiyyətlə, bu görüşlərdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri, eləcə də Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, energetika, nəliyyat, humanitar və digər sahələrlə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu. Prezident İlham Əliyev bəyanatında bildirdi ki, Rusiya Federasiyasının Prezidenti Azərbaycanda dövlət səfərindədir. Bu səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər