“Xaricdə yaşayan azərbaycanlılar olaraq sentyabrın 1-də keçiriləcək parlament seçkilərini yüksək qiymətləndiririk. Bu seçkilər Azərbaycan üçün bir ilkdir, tarixi hadisədir. Uzun müddət ərzində işğal altında olan torpaqlarımızda Milli Məclisə seçkilər üzrə səsvermə keçirilməmişdi. İndi Şuşada, Xankəndidə və digər tarixi torpaqlarımızda seçki məntəqələri yaradılıb və insanlarımız öz doğma torpaqlarında səs verəcəklər. Xaricdə yaşayan azərbaycanlılar kimi bu bizi çox sevindirir və qürurverici bir hadisədir”.Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Eskişəhir Azərbaycanlılar Dərnəyinin sədri və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Cavid Aydın deyib.O bildirib ki, Azərbaycan artıq yeni bir dönəmə qədər qoyub: “Yeni parlament ölkəmizin gələcək inkişafını ehtiva edən məsələlərin çevik həlli üçün addımlar atacaq. Bu seçkilərin xalqımıza, Vətənimizə xeyirli olmasını diləyirəm”.