PDF Oxu

Siyasət

  • 2 116

Avraam Linkolnın qurduğu ABŞ vətəndaş müharibəsi ilə dağıla bilər TƏHLİL

Avraam Linkolnın qurduğu ABŞ vətəndaş müharibəsi ilə dağıla bilər TƏHLİL

Sözdə özünü azad, demokratik, hərbi, siyasi və maliyyə cəhətdən ən aparıcı və güclü dövlət olaraq təqdim etməyə çalışan ABŞ reallıqda fərqli hallarla özünü təqdim edir. Yəni ola bilsin ki, hərbi və siyasi cəhətdən hansısa dövlətdən üstündür, lakin azadlıq və demokratik dövlət quruculuğunda, eləcə də maliyyə imkanları baxımdan əksər dövlətlərdən geri də qalır. Bunu siyasi şərhçilər demir, jurnalistlər yazmırlar, özləri etiraf edirlər. Məsələn, bu günlər ABŞ -da “qulağı kəsik qəhrəman” imicini qazanmış D.Tramp ölkə xəzin'darlığının açıqladığı statistikaya istinad etməklə bildirmişdir ki, ölkəsinin xarici borcu 35 trilyon dollara çatıb. Tramp siyasi populistlik edərək bildirib ki, o, prezident seçilərsə, dövlət borcunu iki dəfəyə qədər azaltmağa nail ola biləcək. Şübhəsiz ki, D.Tramp prezident seçilsə belə, maliyyə böhranını aradan qaldırması çətin görünür. Çünki ölkədə siyasi-ictimai vəziyyət həddindən artıq ağırdır. İkincisi, vergilərin yüksək olması və dövlət aparatının iş adamlarına təzyiqləri, rüşvətə almaları biznes mühitinin inkişafına ağır zərbə olub. Digər tərəfdən Demokratlar partiyasının prezidentliyə namizədi Kamala Harris asanlıqla D.Trampa məğlub olmaq niyyətində deyil. Hətta demək olar ki, müəyyən sahələrdə Trampdan üstün olduğunu nümayiş etdirir. Əsəblərin tarıma çəkildiyi bu hallar ölkəni vətəndaş müharibəsinə sürüklədiyini desək, səhv etmərik. Bunu əsaslandıran amillərdən biri də D.Trampın “əgər prezident seçilməsəm ölkədə vətəndaş qarşıdurması yaşanacaq”,- deyə hədələyici bəyanatla çıxış etməsi də təsdiqləyir. Ona görə seçkilərin vaxtı yaxınlaşdıqca ABŞ-da vətəndaş müharibəsi təhlükəsi də artmaqdadır. Artıq ölkənin bütün bölgələrində silahlı qruplaşmalar peyda olub, müxtəlif şəhərlərdə, qəsəbələrdə yerləşirlər. Məlum tarixi faktdır ki, 1861-ci ildən 1865-ci ilə kimi Amerika Birləşmiş Ştatlarında şimal ştatlarının (ittifaqın) dəstəklədiyi hökumət ilə cənub ştatları (Konfederasiya) arasında vətəndaş müharibəsi getdi. 1861-ci ildə bir neçə cənub ştatı ABŞ-dan ayrılmaq və müstəqil dövlət yaratmaq qərarına gəldi. Onların arasındakı ixtilaf köləliyə görə baş verdi. Şimal ştatlarında insanlar hələ də cənub ştatlarındakı plantasiyalarda işləyən qaradərili kölələrin azad olunmasına razı deyildilər. Bu da ikili quruluşun - şimalda kapitalizm, cənubda isə quldarlıq quruluşunun yaranmasına gətirib çıxardı. Şimalda maşın istehsalının inkişafı, Cənubda isə aqrar sahənin inkişafı bu iki ərazi arasında qarşılıqlı əlaqələri zəruri edirdi. Cənubun yeni texnologiyalara, Şimalın isə hazır tütün, pambıq kimi məhsullara ehtiyacı olurdu. Lakin quruluşlar arasında olan fərq münasibətlərdə öz sözünü ciddi şəkildə deyirdi. Qaçan qullara azadlığın verilməsi, yeni tutulan ərazilərdə hansı quruluşun yaranacağı kimi təzadlar vətəndaş müharibəsinin başlamasına səbəb oldu.

“Mənim amerikalı əmioğlum” tamaşası Avraam Linkolnın ölüm səhnəsi oldu

Vətəndaş müharibəsi zamanı ABŞ-da iki cəbhə: Şimalda- İttifaq, Cənubda isə Konfederasiya yaranmışdı. Linkolnun əsas niyyəti hər bir vəchlə İttifaqı qoruyub saxlamaq idi. O, ikili quruluşun tamamilə əleyhinə idi və hesab edirdi ki, Birləşmiş Ştatlar ya tamamilə kapitalimzə keçməli, ya da quldar dövləti olmalı idi. Müharibənin gedişi göstərdi ki, quldarlığın ləğv edilməməsi "İttifaq"ın dağılmasına gətirəcək. 1862-ci ildən başlayaraq Linkoln zəncilərə azadlığın verilməsi barədə hazırlıqlara başlamışdı. 4 il davam edən vətəndaş müharibəsi zamanı 650 minə qədər insan həlak olmuş, on minlərlə insan isə sağlamlığından məhrum olunmuşdur. 1865-ci ildə ABŞ konstitusiyasına XIII düzəliş edilməklə quldarlıq rəsmən ləğv olundu və vətəndaş müharibəsi Şimalın qələbəsi ilə başa çatdı. Müharibənin başa çatmasından 5 gün sonra, yəni 15 aprel 1865-ci il tarixində Ford teatrının səhnəsində qoyulan "Mənim amerikalı əmioğlum" tamaşası zamanı həmin tamaşanın aktyoru Con Uilks But prezident lojasına daxil olaraq onun başına tapançadan güllə açmışdı. Güllə atandan sonra But səhnəyə çıxaraq latınca "Sic semper tyrannis!" (tərcümədə: "Tiranların taleyi belədir"- cənub ştatı olan Vircinyanın şüarı) kəlməsini səsləndirmişdi. Qətl siyasi xarakter daşıyıb. Con Uilks But prezidenti güllələdikdən sonra binanı tərk edib qaçmağa nail olub. Qısa bir müddətdən sonra onun fermada gizləndiyi müəyyənləşdirilib. Ferma mühasirəyə alınanda But təslim olmaq istəməyib. Buna görə də ferma yandırılıb və saysız-hesabsız açılan atəşlər Butun həyatına son qoyub. Beləliklə də, Avraam Linkoln qətlə yetirilmiş ilk ABŞ prezidenti olub.Onun nəşi 17 dəfə dəfn olunub, 6 dəfə isə tabutu açılıb. Bu, dəfn olunduğu yerin təmiri və məzarının təhlükəsizliyinin təmin olunması üçün edilib. Nəhayət, 1901-ci ildə, 36 ildən sonra prezidenti sonuncu dəfə İllinoys ştatında dəfn ediblər. Bugünkü ABŞ cəmiyyətində yaşanan xaos, anarxiya və siyasi qarşıdurma 1862- 1865-ci illəri xatırladır. Həm də ölkədə dərin irqçilik hökm sürür. Aparılan sorğular təsdiq edir ki, 2020-ci illə müqayisədə hazırda ABŞ-da irqçilik artaraq 55 faizə çatıb. Suallara cavab verən ağdərililərin 51 faizi irqlər arasında münasibətlərin mənfiyə doğru getdiyini, Afrika əsilli amerikalıların 79, latın amerikalıların isə 60 faizinin bu qənaətdə olduğu qeyd edilib. Sözügedən araşdırmada irqçiliyin ABŞ-ın keçmiş prezidentləri Corc Buşun dövründə 17, Barak Obamanın dövründə isə 37 faiz artdığını bildirmişdi. Donald Trampın dövründə irqçiliyin 55 faizə çatması ölkədə hər an alovlana biləcək vətəndaş müharibəsinin qığılcımları kimi dəyərləndirilir. Vəziyyətin ağırlaşması fonunda bəzi ştatlar özlərinin müstəqil dövlətlərini qurmağa çalışırlar. Bu məqsədlə Texas, Kaliforniya, Missuri, Alyaska və digər ştatların qubernatorları və parlament üzvləri yekdil fikirlə çıxış edir, dövlət müstəqilliyinin bərpasının vacibliyini qeyd edirlər. Hələ bir qədər əvvəl Texas qubernatoru Qreq Abbottun Texas ştatının konstitusiyasında təsbit olunmuş ABŞ-dan ayrılma ehtimalını nəzərdən keçirdiyini bildirib. Onu da qeyd edib ki, Texasda federal hakimiyyət bölgəni miqrantların "işğal"ından qoruya bilmir və istəmir. Bundan əvvəl də Texasın müstəqilliyi uğrunda savaşlar baş verib. Lakin dəstək qazanmadığından istəklər reallığa çevrilməyib. 2009-cu ildə o zaman ştatın qubernatoru vəzifəsini tutan Rik Perri Texasın ABŞ-ın tərkibindən çıxmaq hüququnun olduğunu bəyan etsə də, bu hüququ şübhə altına alınır.

Ştatlar dövlətçiliklərini bərpa edə bilər

Bir daha tarixə nəzər salaraq qeyd etmək lazımdır ki, 16-cı və 17-ci əsrlərdə Texas ştatı müstəqil dövlət olaraq böyük imkanlara və gücə malik dövlət olub. Avropadan olan İspanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindular idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını -Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo qəbiləsini tanıyıb. Texas 2 mart 1836-cı ildən 19 fevral 1846-cı ilə kimi müstəqil dövlət olub. Düzdür, Meksika bu illər ərzində Texası üsyançı bir əyalət kimi görsə də, ABŞ 1837-ci ilin martında Texas Respublikasını tanıyan ilk ölkədir. Texas rəsmi olaraq 19 fevral 1846-cı ildə öz istəyi və xalq referendumu ilə ABŞ-ın 28-ci ştatı olmasıdır. Bundan başqa ABŞ vətəndaş müharibəsi zamanı Texas ştatı Konfederasiyaya qoşulmazdan əvvəl 1 fevral – 2 mart 1861-ci il tarixləri arasında 1 aylıq müddətdə yenidən müstəqil olub. Bu mənada Texas ştatının hazırda ABŞ-dan ayrılıb yenidən müstəqil ölkə olmaq istəməsi təəccüblü deyil.1860-cı ildə köləliyə qarşı Respublika Partiyasından olan ilk prezident Avraam Linkolnun seçilməsi ilə on üç kölə ştatı qurultay nəticəsində ayrıldığını elan etdi və Amerika Konfederativ Ştatlarını qurdu, baxmayaraq ki, federal hökumət ayrılmanın qanunsuz olduğunu müdafiə etdi. Bu ayrılmanı təmin etmək üçün separatçılar hərbi əməliyyatlara başladı və İttifaq da eyni cavabı verdi. Bunun nəticəsi olan müharibə təxminən 618.000 əsgərin və bir çox vətəndaşın ölümünə səbəb oldu. Bu münaqişə Amerika tarixində ən ölümcül hərbi münaqişə oldu. Cənub qulların azadlığına qarşı mübarizə aparırdı, İttifaq isə ilk növbədə ölkəni bir bütün halda saxlamaq üçün mübarizə aparırdı. Bununla belə 1863-cü ildən sonra meydana gələn itkilər və Linkolnun öz Azadlıq Bəyannaməsini elan etməsi İttifaq baxımından müharibənin əsas məqsədini köləliyin ləğvinə çevirdi. Həqiqətən də İttifaq 1865-ci il aprel ayında müharibəni tamamilə qazandıqda məğlub olan Cənubdakı ştatların hər birini köləliyi qadağan edən on üçüncu dəyişikliyi ratifikasiya etməyə məcbur etdi.

ABŞ-da tarix yenidən təkrarlanır

1836-cı ilin sonunda konstitusiya qəbul edildi (köləlik hüququnu təsdiq edən) və Texas Respublika tərəfindən elan edildi. İlk prezident Sem Hyüston oldu. Paytaxt bir neçə dəfə köçürüldükdən sonra 1837-ci ildə Hyüston hakimiyyət mərkəzi seçilib. Texas Respublikası beynəlxalq tanınma qazanmışdır. Eyni zamanda, meksikalıların Texasa reydləri davam etdi. 5 mart 1842-ci ildə Raphael Vasquez tərəfindən idarə olunan 500-dən çox adam sayında meksikalıların dəstəsi inqilabdan sonra ilk dəfə Texasa hücum etdi; San Antonioya çatdıqdan sonra Rio Grandaya geri çəkildi; 11 sentyabr 1842-ci il yarım minlik Meksika ordusu, Adrian Uoll tərəfindən idarə olunan, San Antonionun bir hissəsini ələ keçirdi, lakin daha sonra əsirləri ələ keçirərək geri çəkildi. Toqquşmalar təxminən 10 il davam edib və Meksika hökumətinin mövqeyinin möhkəmlənib-möhkəmlənməsindən və ya zəifləməsindən asılı olub. ABŞ rəsmi olaraq bu mübarizəyə qarışmadı, baxmayaraq ki, minlərlə könüllü texaslılara kömək etmək üçün ABŞ-a cəlb edildi. Meksika ilə Texas Respublikası arasındakı silahlı münaqişələr onun 1845-ci ildə ABŞ-a qoşulmasından çox, Meksika-Amerika müharibəsində 1846–1848 ABŞ-ın qələbəsi ilə nəticələndi. Texas Meksikadan ayrıldığı zaman, əvvəlcə ABŞ-ın gec-tez bir hissəsi olmağı planlaşdırırdı (texaslılar arasında Texasın genişləndirilməsi ideyası da var idi, baxmayaraq ki, Sakit Okeana qədər ərazisi olan böyük bir dövlətə çevrildi. Sonrakı mərhələdə bu ideyalar, sadəcə, kağız üzərində qaldı. Çünki Vaşinqitonda hakimiyyətə gələn şəxslər Texası işğal edib, ərazilərinə qatmaqla insanların dövlətçilik arzularını məhv etdilər. Lakin tarix yenidən təkrarlanır. Yəqin ki, D.Trampın başladığı və Baydenin əshabəsinin müəyyən məsələlərdə dəstək verdiyi qarşıdurmalar ölkənin parçalanmasını tezləşdirməyə imkan verəcək. Bu da müstəqillikləri əlindən alınan ştatlara yenidən öz dövlətlərini qurmağa imkan yaradacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər