2471 seçki məntəqəsində əlilliyi olan şəxslər üçün pandus quraşdırılıb.“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 22-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.“Bu kateqoriyadan olan seçicilərimizin hamısını məntəqəyə dəvət edirik. Onların siyahısı var və səs verəcəkləri məntəqələrdə xüsusi şərait yaradılıb”, - M.Pənahov əlavə edib.O əlavə edib ki, görmə qabiliyyətində problemlər olan seçicilər üçün Brayl əlifbası ilə trafaret çap edilib, bütün seçki dairələrinə göndərilib.