“Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərin böyük əhəmiyyəti var. Seçkilərin bütün ölkəni əhatə etməsi, işğaldan azad edilmiş ərazilərdə səsvemə məntəqələrinin formalaşdırılması yenilikdir”.Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirib.O qeyd edib ki, seçki prosesinin sabit, rəqabət mühitində aparılması müşahidə edilir: “Namizədlər öz təbliğatlarını sərbəst şəkildə qura bilirlər, dövlətin onlar üçün yaratdığı şəraitdən maksimum istifadə edirlər”.Təşkilat sədrinin sözlərinə görə, seçkilərin ölkəmiz üçün ən əhəmiyyətli tərəfi həm də odur ki, proses ilk dəfə olaraq bütün ölkəboyu əraziləri əhatə edəcək və işğaldan azad edilən bölgələrimizdə də keçiriləcək: “Məncə, bu seçkilərin əvvəlki seçkilərdən ən mühüm fərqi bu faktordur”.