PDF Oxu

Siyasət

  • 2 242

17 saylı seçki dairəsinin seçici siyahılarında 41 mindən çox şəxsin adı var

17 saylı seçki dairəsinin seçici siyahılarında 41 mindən çox şəxsin adı var

17 saylı Yasamal üçüncü Seçki Dairəsinə 40 məntəqə daxildir. Dairə üzrə seçicilərin ümumi sayı 41 min 167 nəfərdir. SİA xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının (DSK) sədri Qədir Kərimov deyib.DSK sədri bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan maarifləndirici treninqlərdə iştirak ediblər:“Onların rolları və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması mövzuları izah olunub”.Qədir Kərimov qeyd edib ki, DSK-ya müraciət edən 15 nəfərdən doqquzunun namizədliyi qeydə alınıb. O əlavə edib ki, beynəlxalq müşahidələrlə DSK-da görüş keçirib.“Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Dairənin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib və elektrik generatorları işlək vəziyyətdədir.Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə yaşı 80-100 arasında olan 1083 nəfər seçimiz var. İlk dəfə səsvermə hüququ qazanan gənclər isə 219 nəfərdir”, - deyə DSK sədri əlavə edib.

Digər xəbərlər