PDF Oxu

Siyasət

  • 1 627

104 yaşlı Hürü Quliyeva Tovuzda səs verəcək

104 yaşlı Hürü Quliyeva Tovuzda səs verəcək

“106 saylı Tovuz Seçki Dairəsi özündə 41 seçki məntəqəsini birləşdirir. Seçki məntəqələri ilə mütəmadi əlaqələr saxlanılır, təchizatları ilə bağlı problemlərin olmaması üçün lazımi addımlar atılır. Eyni zamanda həm DSK, həm də məntəqə seçki komissyalarının üzvləri üçün mütəmadi treninqlər təşkil olunub”.Bu barədə “Seçki 2024” Müstəqli Media Mərkəzinə açıqlamasında 106 saylı Tovuz Dairə Seçki Komissiyasının sədri Azər Hacıyev deyib. O qeyd edib ki, seçki prosesi qanunvericiliyin və MSK-nın təqvim planının tələbləri çərçivəsində aparılır. “106 saylı seçki dairəsi üzrə ümumi seçici sayı 47 min 433 nəfər təşkil edir. Bu seçicilərdən 407 nəfəri ilk dəfə səs verəcək. 973 nəfər isə 80-100 yaş arası seçicilərimiz var. Seçki dairəsi üzrə ən yaşlı seçici Cəlilli kənd sakini Quliyeva Hürü Qəhrəman qızıdır. 1920-ci ildə anadan olan seçici 106 saylı Tovuz Dairə Seçki Komissiyasının 20 saylı seçki məntəqəsində səs verəcək”, - deyən DSK sədri bildirib ki, dairə üzrə qeydiyyatdan keçmiş müşahidəçilərin sayı 712 nəfərdir. A.Hacıyev onu da vurğulayıb ki, beynəlxalq müşahidəçilər dairədə olublar və seçkiyə hazırlıq prosesi ilə maraqlanıblar.Xatırladaq ki, 106 saylı Tovuz Seçki Dairəsi üzrə namizədliyini irəli sürmüş 7 nəfər imza vərəqəsi götürüb, onların hər birinin namizədliyi qeydə alınıb. Sonradan namizədliyi təsdiqlənmiş bir şəxs namizədliyini geri götürüb.

Digər xəbərlər