Ölkəmizin xarici siyasətinin prioritetlərindən biri də qonşu dövlətlərlə münasibətləri daha da möhkəmləndirmək, əməkdaşlığı genişləndirməkdir. Ermənistan üzərində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı da artıb. Dövlət başçılarının qarşılıqlı səfərləri hər dəfə dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Avqust ayında Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi dövlət səfəri böyük maraqla izlənildi. Ölkələr arasında qarşılıqlı münasibətlər bütün sahələr üzrə daim yüksək səviyyədə olub və dinamik xarakter daşıyıb. Dövlət başçılarının qarşılıqlı əfərlərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi və inkişafında rolu xüsusi qeyd edilməlidir. Bu mənada Prezident Vladimir Putinin səfəri dünyanın diqqət mərkəzində idi. Dövlət başçılarının görüşü Azərbaycan və Rusiya arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir. Qarşılıqlı səfərlər bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, ölkələr arasında iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyev də qeyd etdi ki, bu gün iki ölkə arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Həm də bu səfər onu da göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdır Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır və dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Eyni zamanda bu səfər tarixi xarakter daşıyır və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək. Səfər zamanı qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Qeyd edək ki, bu, 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsindən xəbər verir. Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Həmçinin humanitar əməkdaşlıq sahəsinə də həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır və 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Həmçinin, ölkəmizin 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri mövcuddur. İki ölkənin liderlərinin görüşü zamanı regional təhlükəsizliyin də müzakirə olunub. Belə ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib.
Bu şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçünyeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizləri də müzakirə olunub və diqqətə çatdırıb ki, regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Azərbaycanın ərazisində bu dəhlizin həm dəmir, həm də avtomobil yolları seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Amma, hətta sovet dövründə bu qədər qarşılıqlı reys olmayıb. Bu, insanlar arasında təmasların mütəmadi xarakter daşımasından xəbər verir. Hazırda ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artım dinamikası da müşahidə olunur. Həmçinin, neft-qaz sektorunda və elektrik enerjisi sahəsində də fəal işlər aparılır. Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və bu gün ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır. Səfər çərçivəsində iki dövlət arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması Rusiya-Azərbaycan əməkdaşlığını daha da möhkəmləndirəcək.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və
Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini